İSlamda qadının hüquqları haqdında yazaq.islam qadına böyük ter verir və onu qoruyur haqlarınım
İslamda qadının yeri haqda
Сообщений 1 страница 7 из 7
Поделиться22008-05-30 09:40:02
İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur.Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” deyə buyurur.
Поделиться32008-05-30 13:27:10
chox gozel movzuya toxunmusan Mesune,Allah razi olsun...Allah chox gozel hedisler buyurub
Поделиться42008-05-31 10:40:29
Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır.” buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): "Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır.” Burumuşdur.
Поделиться52008-06-02 00:50:45
Allah Razı Olsun Məsunə
Поделиться62008-06-02 10:30:55
Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir: “Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!” [Müslim], “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. Ərinin pis xasiyyətinə səbr edən qadın da Hz. Asiyə kimi savaba qovuşar” [İmam Qəzəli], “Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allahu Təala sevər, ruzilərini artırar.”, “Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır.”
Поделиться72008-06-02 10:32:10
.” [Tirmizi],
“Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır”. “İçinizdə xanımına ən yaxşı davranınız mənəm.” [Nəsai],”Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar.”