Peğəmbərimiz Muhamməd s.əs haqda yazaq onun əxlaqı Quran idi
Muhamməd s.ə.s haqqında nələri bilirik?
Сообщений 1 страница 5 из 5
Поделиться22008-05-30 09:36:06
PEYĞƏMBƏRİMİZ MƏHƏMMƏD - sallallahu aleyhi və alihi və səlləm
Məhəmməd – sallallahu aleyhi və səlləm – Peyğəmbərlərin (nəbilərin) və Rəsulların sonuncusudur. Bütün insanlara göndərilmiş rəsuldur. O, Allahın bir quludur, ona ibadət edilməz, o bütün yaradılmışların ən xeyirlisi, ən fəzilətlisidir. Allah dərgahında ən dəyərlidir, dərəcəsi ən yüksək və Allaha ən yaxın olandır. O, haqqla, hidayətlə insanlara və cinlərə göndərilmiş bir peyğəmbərdir. Ona kitabını endirmiş, dininin əmini etmiş, risalətini təbliğ etməkdə onu seçmişdi. Bu risaləti təbliğ etməkdə onu səhf etməkdən və xəta etməkdən qorumuşdur. Onun risalətinə iman gətirib, nübuvətinə şəhadət gətirməyincə heç bir qulun imanı səhih olmaz. Ona itaət edən Cənnətə, ona qarşı çıxan isə Cəhənnəmə girər.
Поделиться32008-05-30 13:42:08
deyerli movzuya gore sag ol,bunu oxumu$am Allah razi olsun
Поделиться42008-05-31 10:38:01
PEYĞƏMBƏRİMİZİN XÜSUSİYYƏTLƏRİ
Peyğəmbərimiz Məhəmməd – sallallahu aleyhi və səlləm – in bir neçə xüsusiyyətləri vardır.
1. Peyğəmbərlərin sonuncusudur.
«Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur». (əl-Əhzab 40). Peyğəmbər – sallallahu aleyhi və səlləm – Dəccal ilə əlaqəli olan hədisdə buyurur: «Mən Xatəmin –Nəbiyyinəm (Peyğəmbərlərin sonuncusuyam) və məndən sonra Peyğəmbər gəlməyəcəkdir». Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Məndən sonra Peyğəmbər yoxdur».
Поделиться52008-06-02 10:37:36
2. Allah onu ən yüksək məqama yüksəldib.
Ən yüksək məqam isə şəfaət məqamıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – orada şəfaət edəcək. «Gecənin bir vaxtı durub yalnız sənə xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin». (əl-İsra 79).